26 
İyn
2020
14:29
50
275
8853
Virtual karabakh

Koronavirus peyvəndi vurulan könüllülər danışdı: “İynə yerində yalnız iz qalıb” - VİDEO

26 İyn, 2020
14:29
8853

Koronavirus peyvəndi vurulan könüllülər danışdı: “İynə yerində yalnız iz qalıb” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada eksperimental koronavirus peyvəndi vurulan könüllü hərbçilər özlərini necə hiss etdikləri barədə danışıblar.

Bu barədə RT xəbər yayıb.

“Çiyinə vurulan adi iynədir. Heç bir simptom yoxdur: temperatur normaldır - 36,6. Hətta başım da ağrımır. Demişdilər ki, iştaham olmayacaq - əvvəlkindən də çox yeyirik. İynə yerində yalnız iz qalıb, ağrı yoxdur. Səhər idman edirik, heç bir narahatlıq hiss etmirik”, - deyə Sergey adlı könüllü bildirib.

Həkimlər də Burdenko xəstəxanasının mütəxəssislərinin nəzarəti altında peyvənd edilmiş könüllülərin birinci və ikinci qruplarının sağlamlıq vəziyyətlərini yaxşı qiymətləndirirlər. Onların sözlərinə görə, koronavirus peyvəndi tətbiq olunduqdan sonra heç bir fəsad və ya mənfi reaksiya görünməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri