29 
İyn
2020
15:08
17
181
2291
Virtual karabakh

MDB Antiterror Mərkəzi: “Terrorçular xəstə üzvlərini koronavirusu yaymağa çağırırlar”

29 İyn, 2020
15:08
2291

MDB Antiterror Mərkəzi: “Terrorçular xəstə üzvlərini koronavirusu yaymağa çağırırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib ki, terror qruplaşmaları xəstə üzvlərinə müraciət edərək, koronavirusu ictimai yerlərdə yaymağa çağırıb. O qeyd edib ki, COVID-19 pandemiyası “iqtisadi reytinqlərin aşağı pillələrində olan” ölkələrdə həyat səviyyəsinin aşağı düşməsinə görə terrorçuluğa cəlbetməni asanlaşdırıb. Bununla yanaşı, sərhədlərin bağlı olmasına görə silah və narkotiklərin hərəkəti məhdudlaşıb.

“Dövlətlər tibbi və epidemioloji təhlükəsizlik uğrunda mübarizə apardığı vaxtda beynəlxalq terror qruplaşmaları nəinki yeni üzvlər cəlb etməklə onsuz da çətinləşmiş vəziyyətdən istifadə edir, həm də xəstə üzvlərinə ictimai yerlərdə, dövlət qurumlarında və s. COVID-19 infeksiyasının maksimum yayılması çağırışlarını da edirlər”, - deyə A.Novikov bildirib.

Onun fikrincə, bəyanatların özləri “əhali üçün ayrıca psixoloji təhdid toplusu” yaradır.

A.Novikov söyləyib ki, MDB ölkələrinin bütün xüsusi xidmət orqanları pandemiya dövründə terror təşkilatlarının “onların ənənəvi maddi təminat məsələlərində” çaşqınlıqlarını qeyd ediblər. Sərhədlərin bağlanması ilə əlaqədar olaraq, “narkodəhlizlərin, narkotiklərin pərakəndə paylanması, beynəlxalq silah və partlayıcı maddə ticarətinin logistik zənciri” pozulub.

Onun sözlərinə görə, xüsusi xidmət orqanları terrorçuların fəaliyyətində də dəyişiklik müşahidə edir.

“Onlar onlayn rejimə keçiblər. Terrorçuluq və ekstremizm ideologiyasının yayılmasını, yeni üzvlərin cəlb olunmasını birləşdirən media mərkəzləri fəallaşıb”, - deyə A.Novikov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri