30 
İyn
2020
03:12
93
26
3974
Virtual karabakh

Yeni Zelandiyada şəhər satışa çıxarıldı

30 İyn, 2020
03:12
3974

Yeni Zelandiyada şəhər satışa çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiyada 7,5 milyon dollara şəhər satılır.

CNBC xəbər verir ki, bu məbləği ödəməklə “Mellonsfall Ranch” adlı yaşayış məntəqəsinə sahiblənmək olar.

Ərazidə təxminən on bina var, əlavə olaraq, alıcı bal istehsalı üçün hazır biznes əldə edəcək. Şəhər nisbətən yenidir: əsası 2006-cı ildə vestern həvəskarı olan yerli şəxs tərəfindən qoyulub. Nümunə kimi o, Vayominqdəki (ABŞ) kiçik bir kovboy qəsəbəsini götürüb.

Ərazidə 22 nəfər üçün nəzərdə tutulmuş üç yaşayış binası yerləşir. Yaxınlıqda polis (şerif) ofisi, kinoteatr və ədliyyə binaları yerləşir. Oklenddən “Mellonsfall Ranch”a avtomobillə təxminən altı saatlıq yol var. Buraya helikopterlə də gəlmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri