30 
İyn
2020
11:42
94
46
2072
Virtual karabakh

Pelosi: “Tramp üçün bütün yollar Putinə aparır”

30 İyn, 2020
11:42
2072

Pelosi: “Tramp üçün bütün yollar Putinə aparır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət başçısı Donald Trampın Rusiyanın ünvanına səslənən bütün ittihamları görməzdən gəlməyə meyilli olduğunu bildirib.

Bu barədə “Mediaite” məlumat yayıb.

Rusiya kəşfiyyatının guya Əfqanıstanda taliblərlə əlaqəli döyüşçülərə amerikalı hərbçilərə hücum üçün mükafat təklif etməsi və bunun D.Trampa məruzə edilməsinə baxmayaraq, prezidentin heç bir tədbir görməməsi ilə bağlı informasiyalara münasibət bildirən N.Pelosi qəzəbini gizlətməyib.

“Prezident bu barədə eşitdiyi an hər şeyi təkzib etmək əvəzinə, daha çox məlumat öyrənməyi istəməli idi”, - deyə N.Pelosi bildirib.

Onun fikrincə, D.Tramp üçün “bütün yollar Putinə aparır”. O, D.Trampı Rusiya üçün hədiyyə adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri