İyl
2020
03:25
289
20
3254
Virtual karabakh

Almaniyada 30 min pedofili birləşdirən gizli onlayn qrup polis tərəfindən aşkarlanıb

1 İyl, 2020
03:25
3254

Almaniyada 30 min pedofili birləşdirən gizli onlayn qrup polis tərəfindən aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada polis pedofillərin qapalı onlayn qrupunu aşkarlayıb.

“Deutsche Welle” xəbər verir ki, qrup təxminən 30 min nəfərdən ibarət olub.

Bu gizli cəmiyyətin izinə düşən polislər uşaqlara qarşı törədilən cinayətlərlə əlaqəli digər işləri araşdırıblar.

Bildirilir ki, hər şey 10 il həbs cəzasına məhkum edilmiş 27 yaşlı əsgərin cinayət işi ilə başlayıb. O, uşaqları kobudcasına lağa qoyub və onlara təcavüz edib. Psixiatrik müayinə müttəhimin müalicəyə ehtiyacı olduğunu təsdiqləyib. Sonradan pedofillərlə bağlı bir neçə digər cinayət işləri olub. Məlum olub ki, bütün cinayətkarlar qapalı onlayn qrupunun üzvləri imiş.

İyrənc şəxslər dəhşətli videoları qeyd edərək qrupda paylaşıblar.

Polis əməkdaşları zərərçəkənləri müəyyənləşdirir, 70 uşaq artıq müəyyən edilib, onlara psixoloji yardım göstərilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri