İyl
2020
01:55
21
290
9844
Virtual karabakh

Uşaqların zarafatı faciə ilə sona çatdı

1 İyl, 2020
01:55
9844

Uşaqların zarafatı faciə ilə sona çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Krasnodar vilayətində, Anapa şəhərində Qara dəniz sahilində oynayan uşaqlar bir-birlərini qumda basdıran zaman faciə baş verib.

“Anapskoe Chernomorye” xəbər verir ki, çoxuşaqlı ailə Vityazevo qəsəbəsində dincəlmək üçün ev tutublar. Ata-anası yatan zaman valideyn nəzarətindən kənarda qalan üç uşaq bir-birlərini qumda basdıraraq oynamağa başlayıblar.

Onların ikisi zarafatla ən kiçik- səkkiz yaşlı uşağın üstünü tamamilə qumla örtüblər. Bu zaman havasız qalan azyaşlı ölüb.

Hadisə yerinə xilasedicilər, təcili yardım və polis cəlb edilib. Uşağı həyata qaytara bilməyiblər.

Hüquq-mühafizə orqanları ölümün səbəblərini araşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri