İyl
2020
10:57
78
72
2055
Virtual karabakh

ABŞ-da bina çökdü - VİDEO

2 İyl, 2020
10:57
2055

ABŞ-da bina çökdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da Nyu-York ştatının Bruklin şəhərində üçmərtəbəli bina çöküb. Polisin verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

“Fox News” xəbər verir ki, bina koronavirus pandemiyası səbəbindən bağlanıb, onun içində fitness mərkəzi olub.

Yerli sakinlər binanın təmir olunacağını bildiriblər.

“Bir səs eşitdim. Sonra insanlar qışqırdılar, hər tərəf dumana büründü. Mənə elə gəldi ki, yer titrəyir”, - deyə Bruklin sakini Vincenza Rizzuto təəssüratlarını bölüşüb.

Hadisənin dəqiq başvermə səbəbi hazırda polis tərəfindən araşdırılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri