İyl
2020
14:10
386
19
4895
Virtual karabakh

Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO

2 İyl, 2020
14:10
4895

Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yalta şəhərinin meri İvan İmqrunt süpürgəçi forması geyinərək, şəhərin təmizliyində iştirak edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə şəhər rəhbəri özünün “VKontakte” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyri-adi iməcilikdə şəhər merinin iş yoldaşları da iştirak edib. Onlar şəhərin əsas küçəsini bioşampunla yuyublar.

İ.İmqrunt onu da vurğulayıb ki, süpürgəçilərin forması rahat, komfortlu, yüngüldür və işləməyə mane olmur.

O, həmçinin, təmizliyin ideal olması üçün küçələri əllə yumağı tövsiyə edib. Bunun üçün süpürgəçi ştatını artırmağı düşündüyünü deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri