İyl
2020
13:30
685
50
10026
Virtual karabakh

Lukaşenko koronavirus üzərində qələbəni elan etdi

2 İyl, 2020
13:30
10026

Lukaşenko koronavirus üzərində qələbəni elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət mükafatlarının təqdim edilməsi zamanı koronavirusla mübarizənin ön xəttində dayanan tibb işçilərinin işini xüsusilə vurğulayıb və COVID-19 üzərində qələbə qazanıldığını elan edib.

Bu barədə BELTA agentliyi yazıb.

Dövlət başçısının sözlərinə görə, Belarus pandemiya zamanı sağlam siyasi düşüncə və xalq müdrikliyi nümayiş etdirib.

“İnfeksiya ilə mübarizənin ön cərgələrində tibb işçiləri olub. Bizim səhiyyə sistemimiz tab gətirdi. Lakin biz bu gün qalib gəldiyimizi deyə bilsək də, mübarizənin gücünü aşağı salmırıq.

COVID-19 üzərində yekun qələbəni sonra hələ də vəzifə başında olan həkimlərimizlə birlikdə mütləq qeyd edəcəyik”, - deyə Belarus prezidenti bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri