İyl
2020
05:24
25
186
8388
Virtual karabakh

Karantinin yeni mənfi nəticələri açıqlanıb

4 İyl, 2020
05:24
8388

Karantinin yeni mənfi nəticələri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantin rejimi ilə əlaqədar dünyada spirtli içki içən insanların sayı artıb.

Bu barədə “MedicalXpress” amerikalı həkimlərə istinadla xəbər yayıb.

Məlumata görə, mart ayının sonundan ABŞ-da spirtli içkilərin satışı 54 faiz artıb.

Buna səbəb kimi insanların özləri və yaxınlarının səhhətindən narahat olmaları və rahatlamaq üçün çarəni spirtli içkilərdə görməsi göstərilib.

Özünütəcrid rejimində insanlar tənhalıq hiss edə, darıxa bilərlər ki, bu da alkoqol istehlakına təhrik edir.

Bildirilir ki, spirtli içkilərin həddən artıq istehlakı qaraciyər xəstəlikləri, süd vəzisi xərçəngi riskini artırır, piylənməyə, ürək-damar xəstəliklərinə, depressiyaya, insulta, ürək tutmalarına gətirib çıxara bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri