İyl
2020
13:12
53
240
4403
Virtual karabakh

Yaponiyada sel fəlakəti: İnsanlar evlərin damında kömək gözləyir

4 İyl, 2020
13:12
4403

Yaponiyada sel fəlakəti: İnsanlar evlərin damında kömək gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın cənub-qərbindəki Kumamoto prefekturasının sakinləri güclü yağış səbəbindən evlərindən çıxa bilmirlər.

NHK xəbər verir ki, çarəsiz qalan insanlar bununla bağlı “Twitter” hesablarında yazaraq, kömək istəyiblər.

Leysan yağışları çayın daşmasına, sel və torpaq sürüşməsinə səbəb olub. Buna görə də təbii fəlakət bölgəsində olan yaponlar evlərin damlarına çıxmaq məcburiyyətində qalıblar.

Ən çox mesaj kiçik Hitoyosi şəhərindən göndərilib. Xilasetmə xidməti kimi fəaliyyət göstərən şəhər yanğınsöndürmə idarəsinə kömək istəyənlərdən yüzdən çox mesaj gəlib.

Hazırda 10 min əsgər fəlakət yerinə göndərilib. İlkin məlumatlara görə, iki nəfərin vəziyyəti ağırdır. Prefekturanın daha 13 sakini ilə əlaqə saxlamaq mümkün olmayıb.

Yaponiyanın Kumamoto və Kaqosima prefekturalarında güclü leysan yağışları səbəbindən 200 min nəfərin təxliyyə olunacağı elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri