İyl
2020
09:12
7
172
2376
Virtual karabakh

16 yaşlı futbolçunu məşq vaxtı ildırım vurdu

6 İyl, 2020
09:12
2376

16 yaşlı futbolçunu məşq vaxtı ildırım vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində bədbəxt hadisə baş verib.

“RİA Novosti” xəbər verir ki, yerli “Znamya Truda” futbol klubunun 16 yaşlı qapıçısı İvan Z.-ni məşq vaxtı ildırım vurub.

Yeniyetmə idmançı təcili olaraq helikopterlə Lyubertsı şəhərinin xəstəxanasına çatdırılıb və həkimlər onu süni koma vəziyyətinə salıblar.

Hadisə şahidlərinin sözlərinə görə, məşq vaxtı nə yağış yağıb, nə də şimşək çaxıb. Moskva vilayətində futbol meydançasında ildırım vurması hadisəsinə ilk dəfə rast gəlindiyi bildirilir.

Qeyd edək ki, “Znamya Truda” komandası Rusiya futbol çempionatının gücünə görə üçüncü divizionu hesab olunan PFL-in Qərb zonasında çıxış edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri