İyl
2020
14:06
219
44
3310
Virtual karabakh

İran tibbi maskaların ixracına qadağa qoydu

6 İyl, 2020
14:06
3310

İran tibbi maskaların ixracına qadağa qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hökuməti tibbi maskaların ixracına müvəqqəti qadağa tətbiq edilməsi barədə qərar qəbul edib.

IRNA agentliyinin xəbərinə görə, bu barədə İran Sənaye, Mədən və Ticarət Nazirliyinin nümayəndəsi və koronavirusla mübarizə üzrə İşçi qrupunun katibi Cəmşid Qolpur məlumat verib.

O bildirib ki, qadağa İran hakimiyyət orqanlarının iyulun 5-dən ictimai yerlərdə və qurumlarda tibbi maskaların məcburi taxılması ilə əlaqədar qəbul etdiyi qərardan sonra tətbiq olunub.

Xatırladaq ki, İranda son sutka ərzində COVID-19 virusundan 163 xəstə vəfat edib. Bu, pandemiya başlayandan bəri ölkədə bir gün ərzində qeydə alınan ən böyük ölüm sayıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri