İyl
2020
12:41
203
46
7153
Virtual karabakh

ABŞ-ın ən böyük şəhərlərindən birində vəziyyət nəzarətdən çıxdı - VİDEO

7 İyl, 2020
12:41
7153

ABŞ-ın ən böyük şəhərlərindən birində vəziyyət nəzarətdən çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ştatların ən böyük şəhərlərindən biri olan Atlantada fövqəladə vəziyyət elan olunub, şəhərə Milli Qvardiyanın əsgərləri yeridilib.

REN TV xəbər verir ki, hökumətin qərarına səbəb artıq nəzarətdən çıxan və küçələrdə polislə silahlı qarşıdurmaya keçən anti-irqçi nümayişlərdir.

Etiraz aksiyalarının digər fəal mərkəzi Arizona ştatının Finiks şəhərindədir. Aksiyalardan birində polislə toqquşmada qaradərili vətəndaşın ölməsindən sonra şəhərdə iğtişaşlar daha geniş vüsət alıb. Hüquq-mühafizə orqanları qaradərili aksiya iştirakçısının silahdan istifadə etdiyinə görə öldürüldüyünü iddia edirlər.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra kütləvi iğtişaşlar başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri