İyl
2020
12:04
11
113
3027
Virtual karabakh

Maskadan istifadənin qlobal iqtisadiyyata təsiri açıqlandı

7 İyl, 2020
12:04
3027

Maskadan istifadənin qlobal iqtisadiyyata təsiri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maskadan istifadə qlobal iqtisadiyyat üçün faydalı ola bilər. Belə ki, bu tədbir müəssisələrin işini dayandırmadan koronavirusun yayılmasını yavaşlatmağa imkan verir.

Lenta.ru-nun məlumatına görə, bunu “Goldman Sachs” investisiya bankının analitikləri bildirib.

Onların fikrincə, ABŞ-da vətəndaşların maska ​​taxması tələbi COVID-19-a yeni yoluxma hallarının gündəlik artım sürətini 1,6 faizdən 0,6 faizədək azalda bilər. İnfeksiyaların eyni dərəcədə azalmasına fabrikləri bağlamaqla nail olmaq olar, lakin bu zaman ÜDM 5 faiz aşağı düşəcək.

Mütəxəssislər koronavirusun ikinci dalğasının payız aylarında baş verəcəyini gözləyirlər. Ancaq peyvənd əldə olunarsa, bu dəfə xəstəliyin yayılmasına nəzarət mümkün olacaq.

Bədbin ssenaridə sərt məhdudlaşdırıcı tədbirlərə qayıtmaq məcburiyyəti yaranacaq, bu isə iqtisadi böhranın daha da ağırlaşması ilə nəticələnəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri