İyl
2020
01:30
28
124
8456
Virtual karabakh

Qandallar, stomatoloq kreslosu, skalpellər... İşgəncə konteynerindən dəhşətli görüntülər - VİDEO

9 İyl, 2020
01:30
8456

Qandallar, stomatoloq kreslosu, skalpellər... İşgəncə konteynerindən dəhşətli görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tavana və döşəməyə bərkidilmiş qandallar, skalpellər, balaklavlar, zirehli geyimlər, polis forması, stomatoloji kreslo və 25 növ silah...

Bunlar Niderlandda polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində aşkarlanan işgəncə kamerasında aşkarlanmış alət və avadanlıqlardır.

RT bununla bağlı kadrları yayımlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, əvvəlcə zabitlər cinayətkarların “EncroChat” şifrələnmiş şəbəkəsində bir-biri ilə ünsiyyət qurduqları çata qoşulublar. Bu çatda silah və narkotik satışı, sifarişli qətllər və işgəncələr müzakirə edilib.

Sonradan Rotterdam kənarında həbsxana kimi təchiz olunmuş yeddi konteyner aşkarlanıb. Bunlardan biri işgəncə kamerası rolunu oynayıb.

Əməliyyat nəticəsində altı nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri