İyl
2020
16:24
23
190
4817
Virtual karabakh

Vəsiyyət yazandan sonra itkin düşmüş merin meyiti tapıldı - YENİLƏNİB

9 İyl, 2020
16:24
4817

Vəsiyyət yazandan sonra itkin düşmüş merin meyiti tapıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin itkin düşmüş meri Pak Von Sunun meyiti tapılıb.

Gazeta.ru xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.

Xatırladaq ki, merin itkin düşməsi barədə polisə onun qızı məlumat vermişdi.

O qeyd etmişdi ki, atası bir neçə saat əvvəl evdən çıxıb və vəsiyyətnaməyə bənzər bir qeyd yazıb.

Merin axtarışına pilotsuz uçuş aparatları cəlb edilmişdi.

Pak Von Sunun ölümünün səbəbləri açıqlanmayıb.

15:17

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sunun itkin düşməsi ilə bağlı məlumatlardan sonra polis onun axtarışlarına başlayıb.

Bu barədə “Yönhap” agentliyi yazıb.

Polisə merin yoxa çıxması ilə bağlı onun qızı müraciət edib.

O bildirib ki, atası bir neçə saat əvvəl evdən çıxıb və vəsiyyətnaməyə bənzər bir qeyd yazıb.

Əlavə olunur ki, mer telefon zənglərinə cavab vermir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri