10 
İyl
2020
17:50
91
410
5710
Virtual karabakh

UNESCO Aya Sofyaya görə Türkiyəyə etiraz ünvanladı

10 İyl, 2020
17:50
5710

UNESCO Aya Sofyaya görə Türkiyəyə etiraz ünvanladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Türkiyə hökumətinə xəbərdarlıq edib ki, Dünya İrs Komitəsinin razılığı olmadan Aya Sofyanın statusunun dəyişdirilməsi qanundankənar addım hesab olunur.

TASS xəbər verir ki, bununla bağlı UNESCO xüsusi bəyanatla çıxış edib.

Təşkilatın bəyanatında Aya Sofya məbədinin Dünya İrsi Komitəsinin siyahısına muzey statusu əsasında daxil olunduğu vurğulanır.

UNESCO-nun bəyanatında həmçinin qeyd olunub ki, muzey statuslu tarixi abidəni məscidə çevirmək bir sıra qanuni öhdəliklər yaradacaq.

Qeyd edək ki, ötən gün Türkiyənin Dövlət Şurası Aya Sofyanı məscidə çevirmək barədə qərar verib.

Məlumat üçün qeyd edək ki, hazırda muzey kimi fəaliyyət göstərən Aya Sofya məbədi (Müqəddəs Sofiya kilsəsi) VI əsrdə İmperator Yustiniyanın əmri ilə tikilib. Osmanlılar o zaman Konstantinopol adlandırılan İstanbulu fəth etdikdən sonra kilsə məscidə çevrilib. Lakin 1934-cü ildə müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Aya Sofyaya muzey statusu verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri