11 
İyl
2020
11:47
26
398
12373
Virtual karabakh

Uşağı xilas etmək üçün dənizə atılan 11 nəfər boğulub öldü

11 İyl, 2020
11:47
12373

Uşağı xilas etmək üçün dənizə atılan 11 nəfər boğulub öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aralıq dənizinin Misirin İsgəndəriyyə şəhərinin ərazisində yerləşən hissəsində faciəvi hadisə baş verib.

“Al Balad” informasiya agentliyi xəbər verir ki, səhər saat 5 radələrində bir qrup şəxs “Palm-Biç” çimərliyində istirahət etməyə yollanıb.

Tanımadıqları uşağın dənizdə boğulduğunu görən şəxslər bir-birinin ardınca onu xilas etməyə çalışsalar da, suda bataraq ölüblər.

İsgəndəriyyə şəhərinin turizm və kurort administrasiyasından verilən məlumata görə, hadisə nəticəsində suya daxil olan 11 nəfərin hamısı həyatını itirib.

Hazırda onların cəsədlərinin axtarışları aparılır. Bu saata qədər yeddi nəfərin meyiti sudan çıxarılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri