13 
İyl
2020
08:32
13
337
4617
Virtual karabakh

Başqa dinə mənsub olduğu üçün körpə qızın meyitini qəbirdən çıxardılar

Dini fanatiklər yenicə anadan olmuş və həyatının üçüncü günündə vəfat etmiş körpə qızın meyitini qəbirdən çıxararaq, yaxınlıqdakı yola atıblar.

“Dhaka Tribune” nəşri xəbər verir ki, hadisə Banqladeşin Əhmədiyyə icmasında baş verib.

İcma üzvlərinin hərəkətinə isə ölmüş körpənin valideynlərinin başqa dinə mənsubluğu səbəb olub.

Mənbə bildirir ki, körpə bir sıra qüsurlarla anadan olub və üç gündən sonra vəfat edib. Onu yerli qəbiristanlıqda dəfn ediblər. Lakin bu, icmanın bəzi üzvlərinin hiddətinə səbəb olub və onlar meyiti qəbirdən çıxarıblar.

Uşağın valideynləri onun nəşini başqa yerdə dəfn etməyə məcbur olublar. Yerli sakinlər hadisə ilə bağlı polisə müraciət etsələr də, hüquq-mühafizə orqanlarının baş verənlərə münasibəti hələlik məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri