13 
İyl
2020
10:44
2
10
1101
Virtual karabakh

Yeni doğulmuş körpə öz dəfnində ağladı

13 İyl, 2020
10:44
1101

Yeni doğulmuş körpə öz dəfnində ağladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni doğulan körpənin öldüyünü düşünən tibb bacısı onu polietilen paketə bürüyərək, dəfn etməsi üçün anasına təhvil verib. Ailə tibb işçisinin sözlərinə inanaraq, uşağı götürüb. Lakin körpəni basdırmaq üçün yer qazılarkən uşaq ağlayıb.

“Times of India”nın məlumatına görə, dəhşətli hadisə Hindistanın Racastan ştatında baş verib.

Valideynlər körpəni dərhal yerli tibb məntəqəsinə aparıblar. Oradan uşağın rayon xəstəxanasına aparılması üçün təcili yardım çağırılıb. Ancaq maşın saat yarımdan sonra gəlib. Bu müddətdə uşağın vəziyyəti pisləşib və o ölüb.

Uşağın ailəsi körpənin ölümündə tibb işçilərini ittiham edirlər. Qarşı tərəf isə öz növbəsində uşağın onların xəbəri olmadan tibb müəssisəsindən çıxarıldığını iddia edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri