14 
İyl
2020
05:23
45
197
4621
Virtual karabakh

Şəkil çəkdirmək istəyərkən uçurumdan yıxıldı – VİDEO

Arizona ştatında Qrand Kanyonda ailəsi ilə birlikdə fotosessiyada iştirak edən qadın ehtiyatsızlıq səbəbindən qayadan yıxılıb.

Faciədən sonra baş verənlər barədə görüntüləri “The Sun” yayımlayıb.

Məlumata görə, 59 yaşlı Mariya Andrea Saldaqo Lopez “Mother Point” baxış platformasında şəkil çəkdirərkən cığırdan çıxıb və uçurumun kənarına yaxınlaşıb. Burada isə ayağı sürüşüb və 30 metr hündürlükdən yıxılıb.

Sonradan xilasedicilər onun cəsədini tapıblar.

Şahidlərin reaksiyasının əks olunduğu videoda qadının yaxınlarının ümidsiz şəkildə köməyə çağırmaları yer alıb.

Polis qadının ölümü ilə əlaqədar istintaqa başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri