14 
İyl
2020
08:50
89
38
8609
Virtual karabakh

Polislərin məxfi videolarını ələ keçirən istifadəçilər sürprizlə üzləşdilər - FOTO

14 İyl, 2020
08:50
8609

Polislərin məxfi videolarını ələ keçirən istifadəçilər sürprizlə üzləşdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” sosial şəbəkəsinin bir sıra istifadəçiləri istismardan çıxarılmış polis kameralarını aldıqdan sonra gözlənilməz sürprizlə üzləşiblər. Belə ki, kameraların əksəriyyətində rəsmi şəkildə məxfi sayılan və yayılmasına icazə verilməyən görüntülər olub.

“Vice”ın verdiyi məlumata görə, bütün bunlar “Dotslash” ləqəbli istifadəçinin eksperimentindən sonra başlayıb. O, belə kameraların birini internet vasitəsilə alıb. Evdə yoxlayarkən isə Arizona polislərinin birinin formasına bərkidilmiş kameranın yaddaş kartında çoxlu video görüb.

Üstəlik faylların açılması üçün heç bir şifrə yazmaq lazım olmayıb.

Bundan sonra sosial şəbəkənin digər istifadəçiləri də polislərin köhnə kameralarını sifariş verməyə başlayıblar. Rəsmi şəkildə məxfi sayılan materialların necə əlçatan olması insanları təəccübləndirib.

Kadrlarda polislərin gündəlik iş rejiminin müxtəlif anları əks olunub: yollarda saxlamalar, satıcıların çağırışına getmələri, şikayətlər əsasında evlərə yollanmalar və sair.

Sosial şəbəkə istifadəçiləri qanunu pozmamaq üçün videolardan ancaq skrinşotlar dərc ediblər və kameraları yenidən hüquq mühafizə orqanlarına verməyi düşünürlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri