14 
İyl
2020
09:47
91
49
5479
Virtual karabakh

Çin hökuməti çətin dövrlərə hazırlaşır

14 İyl, 2020
09:47
5479

Çin hökuməti çətin dövrlərə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin hökuməti COVID-19 pandemiyasının yaratdığı böhran fonunda aktiv büdcə vergi və ehtiyatlı pul-kredit siyasətini davam etdirir.

“Reuters”in məlumatına görə, bu barədə Çinin Baş naziri Li Keçyan xəbər verir.

Onun sözlərinə görə, Çin iqtisadiyyatı birinci rübdə ÜDM-i 6,8 faiz azaltdıqdan sonra davamlı artım nümayiş etdirib: “Bununla birlikdə, inkişafa inamı gücləndirmək lazımdır. Ölkə daxilində, habelə xaricdəki vəziyyət qənaətbəxş deyil, buna görə, Çin hələ qabaqda olan çətin vaxtlara hazır olmalıdır”.

Bundan əlavə, hökumət iqtisadiyyatı stimullaşdırmaq və məşğulluğu dəstəkləmək üçün bir sıra tədbirlər hazırlayıb. Bunlara büdcə xərclərinin artırılması, vergi güzəştləri, həmçinin kredit faizlərinin azalması və ehtiyat tələblərini aşağı salması daxildir.

İkinci rüb üçün hökumətin ÜDM məlumatları 16 iyul tarixində açıqlanacaq. “China Beige Book International” (CBB International) şirkəti tərəfindən edilən araşdırmaya görə, göstərici 2020-ci ilin may-iyun ayında ardıcıl olaraq ikinci rüb azalacaq və bu, texniki tənəzzül deməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri