15 
İyl
2020
06:21
37
323
11052
Virtual karabakh

Bir dəqiqədə 71 nəfəri koronavirusa yoluxdurdu

15 İyl, 2020
06:21
11052

Bir dəqiqədə 71 nəfəri koronavirusa yoluxdurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdən gələn qadın liftdə cəmi bir dəqiqə qalmaqla 71 nəfəri koronavirus infeksiyasına yoluxdurub.

“Daily Star”ın məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəbər verib.

Bildirilir ki, koronavirusa yoluxan qadın ABŞ-dan Çinə gedib. Xəstəlik asimptomatik davam edib, COVID-19 testinin cavabı isə mənfi olub.

Buna baxmayaraq, qadın iki həftə mənzildə özünü təcrid edib və xarici aləmlə bütün əlaqələri kəsib.

Ancaq qaydalara ciddi riayət olunmasına baxmayaraq, qadın ölümcül virusu yayıb və qonşularını yoluxdurub.

Mərkəzin məlumatına görə, bu, liftdə baş verib. O, liftdən düşdükdən sonra qurğudan istifadə edən 71 nəfər koronavirusa yoluxub.

Mütəxəssislər asimptomatik xəstələrin hələ də digərləri üçün təhlükə yaratdıqlarını vurğulayırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri