15 
İyl
2020
15:12
95
282
17992
yuxarı
Sifariş verdiyi köynək sinəsində yanıq izləri qoydu - FOTO
15 İyl, 2020
15:12
17992
95
282
Sifariş verdiyi köynək sinəsində yanıq izləri qoydu - FOTO
İnternet-mağazadan aldığı metal ilməli köynək sinəsində yanıq izləri qoyub.
“The Sun”ın məlumatına görə, bununla bağlı görüntüləri gənc Adara Qrem sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, sinəsində suluq yaranıb:
“Xahiş edirəm, metal ilməli köynəklər alarkən ehtiyatlı olun. Bu mənim ilk təcrübəm idi. Metal elə görünürdü sanki paslanıb. Dərimi yandırdı, sinəmdə suluq yarandı və dəhşətli ağrı verdi”, - deyə qız “Twitter” hesabında yazıb.
Tvit qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb, istifadəçilər gördükləri mənzərədən şoka düşdüklərini deyiblər.
Sonradan Qrem həkimə getmək məcburiyyətində qaldığını bildirib. Onun sözlərinə görə, qanına infeksiya düşməsinin qarşısının alınması üçün ona antibiotik yazılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək