21 
İyl
2020
09:03
21
117
12024
Virtual karabakh

Koronavirusun qarşısı almaq üçün istifadə olunacaq dərmanlar açıqlandı

21 İyl, 2020
09:03
12024

Koronavirusun qarşısı almaq üçün istifadə olunacaq dərmanlar açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus infeksiyasına yoluxmaqdan qorunmaq üçün yeni dərman sinfi ərsəyə gətirilib.

Bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov özünün “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, orqanizmi yeni koronavirusdan qorumağın açarı - monoklonal anticismlərdədir və peyvənd hazır olana qədər bu vasitədən istifadə etmək mümkündür:

“Bu, (dərmanlar-red) etibarlı və təhlükəsiz peyvənd alınana qədər risk faktorları olan qruplarda COVID-19-un qarşısını almağa xidmət edəcək”.

Həkim görülən bu işlərin çox perspektivli olduğunu deyib:

“Bu anticismlər sayəsində mütəxəssislər müəyyən bir virusa qarşı çox güclü və olduqca xüsusi bir silaha sahibdirlər”.

Myasnikov bu dərmanların adı ilə ayırd etməyin asan olduğunu vurğulayıb: Onların hamısı “-mab”la bitir - “Tozilisumab”, “Ramizisumab”, “Amisizumab” və sair.

Baş həkimin sözlərinə görə, bu cür dərmanlar çox bahalı olsa da, effektivdir.

Bununla belə, o, bu dərmanların xəstəliyin ağır gedişinin qarşısını almaq üçün yalnız risk altında olan insanlar tərəfindən istifadə edilməli olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri