25 
İyl
2020
10:12
268
38
2925
yuxarı
Böyük Britaniyada “fast food”a qarşı “müharibə”
25 İyl, 2020
10:12
2925
268
38
Böyük Britaniyada “fast food”a qarşı “müharibə”
Böyük Britaniya hökuməti “fast food”a qarşı “müharibə” elan etməyi planlaşdırır.
“Financial Times” xəbər verir ki, Baş nazir Boris Conson ölkədə “fast food” satışını azaltmaqla yanaşı, internet və TV-də bu məhsulların reklamlarının məhdudlaşdırılmasına qərar verəcək.
Xüsusilə, tərkibində yüksək şəkər, duz olan qidalar və içkilər üçün etiketləmə tələblərinin sərtləşdirilməsi nəzərdə tutulur. Hökumətin fikrincə, bu, piylənmədən əziyyət çəkənlərin sayının azalmasına kömək edəcək.
B.Conson həddən artıq çəkili insanların koronavirusa yoluxma riskinin daha çox olduğuna görə “fast food” satışını məhdudlaşdırmaq qərarına gəlib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək