Avq
2020
03:30
23
149
3820
Virtual karabakh

Koronavirusun qulaqlara təhlükəli təsiri

1 Avq, 2020
03:30
3820

Koronavirusun qulaqlara təhlükəli təsiri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədqiqatçılar koronavirusun qulaqda problem yarada biləcəyini deyirlər.

“Daily Mail” xəbər verir ki, Böyük Britaniyada Mançester Universitetinin mütəxəssisləri bir neçə həftədən sonra xəstələrin təxminən 13 faizində eşitmə probleminin olduğunu bildiriblər.

Araşdırmaya görə, koronavirus səkkiz xəstədən birində eşitmə problemlərinə səbəb ola bilər.

121 xəstədə aparılan müşahidələrə əsasən aydın olub ki, onların 16-da evə buraxıldıqdan səkkiz həftə sonra eşitmə qabiliyyəti pisləşib.

Xəstələrin səkkizi eşitmə qabiliyyətinin pozulduğunu, digər səkkiz nəfər qulaqlarında küy eşitdiklərini qeyd ediblər.

On altı nəfər (13,2%) telefonla danışdıqları zaman eşitmələrinin pisləşdiyini, dörd nəfər koronavirusa yoluxmadan əvvəl eşitmə problemlərinin olduğunu deyib.

Mançester Universitetinin alimləri virusun niyə eşitmə problemləri ilə əlaqəli olduğunu müəyyənləşdirmək üçün daha çox araşdırma tələb olunduğunu vurğulayırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri