Avq
2020
14:27
18
298
7573
Virtual karabakh

Qonşu uşaqlar dalaşdı, valideynlər silahla bir-birinə hücum etdi: Ölən və yaralananlar var

1 Avq, 2020
14:27
7573

Qonşu uşaqlar dalaşdı, valideynlər silahla bir-birinə hücum etdi: Ölən və yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda uşaqların mübahisəsi qanla bitib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, eyni məhəllədə yaşayan Baysor və Akar ailələrinin uşaqları oyun zamanı mübahisə ediblər.

Uşaqlar hadisəni ailələrinə danışdıqdan sonra valideynlər arasında silahlı münaqişə yaranıb.

Nəticədə, bir ailənin üç, o birinin bir üzvü yaralanaraq, xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin - Mustafa Akarın həyatını xilas etmək mümkün olmayıb.

Davada iştirak edən digər şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri