Avq
2020
08:29
364
59
4435
Virtual karabakh

Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı

2 Avq, 2020
08:29
4435

Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Berlin şəhərində Zelendorf məhəlləsində tülkünün 100-dən çox ayaqqabını oğurladığı məlum olub.

“Tagesspiegel” qəzeti məlumat verir ki, məhəllə sakinlərinin qapının çölündə qoyduqları ayaqqablar yoxa çıxıb.

Bir müddət sonra Kristian Meyer adlı sakin bir tülkünün ayaqqabı götürüb qaçdığını görüb.

O, tülkünün izi ilə gedərək bir ərazidə çox sayda müxtəlif rəngli ayaqqabıları tapıb.

Onun sosial şəbəkədə bu barədə yerləşdirdiyi məlumatın köməyi ilə bəzi şəxslər ayaqqabılarını geri qaytara biliblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri