Avq
2020
23:14
49
644
10693
Virtual karabakh

ÜST-dən xəbərdarlıq: Koronavirus pandemiyası uzun müddət davam edəcək

1 Avq, 2020
23:14
10693

ÜST-dən xəbərdarlıq: Koronavirus pandemiyası uzun müddət davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirus epidemiyası hələ uzun müddət davam edəcək.

“RİA Novosti” xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsində keçirilən iclasda bildirilib. 

Komitənin iclasında ÜST nümayəndələri pandemiyanın beynəlxalq vəziyyətinin ağır olaraq qalması qənaətinə gəliblər.

İclasda koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasına qərar verilib.

Komitə koronavirusla mübarizədə iştirak edənlərə - Ümumdünya Səhiyyə Təşkilatına və tərəfdaşlarına minnətdarlığını bildirib və xəstəliyə qlobal, regional və milli cavabların vacibliyini vurğulayıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 18 milyona yaxınlaşır. Onlardan 685 786 nəfəri ölüb, 11 264 274 nəfər isə virusdan xilas olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri