Avq
2020
07:29
142
31
2678
Virtual karabakh

Attraksiona minmək xatirinə qısa müddətdə 85 kiloqram arıqladı

4 Avq, 2020
07:29
2678

Attraksiona minmək xatirinə qısa müddətdə 85 kiloqram arıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ vətəndaşı Cared Rim attraksionlardan istifadə etmək icazəsi almaq üçün 85 kiloqram çəki itirib.

“Washington Post” nəşri xəbər verir ki, bir neçə ay əvvəl 195 kiloqram çəkisi olan kişi əylənmək məqsədilə müxtəlif attraksionların olduğu məkana üz tutub.

Lakin əyləncə mərkəzinə cavabdeh olan şəxslər onun ağır çəkisini əsas gətirərək, attraksionlardan istifadə etməsinə qadağa qoyublar.

Bu hadisədən təsirlənən C.Rim həyat tərzini köklü şəkildə dəyişib, mütəmadi idman etməyə, daha az kalori qəbuluna başlayıb. Nəticədə, 11 aydan sonra 85 kiloqram arıqlamağı bacarıb.

Növbəti dəfə əyləncə parkına yollanan C.Rim attraksionlarda heç bir maneə olmadan əylənib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri