Avq
2020
10:11
150
72
3008
Virtual karabakh

Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi

4 Avq, 2020
10:11
3008

Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın beş ildə ölkə konstitusiyasında dəyişikliklər edilməsini təklif edib.

Bu barədə onun “Zvyazda” qəzetində dərc olunan seçki proqramında qeyd olunur.

Lukaşenkonın sözlərinə görə, belaruslar ölkənin taleyi üçün məsuliyyət daşımağa hazırdırlar:

“Bu məsuliyyət dərəcəsini insanların özləri təyin edəcəklər. Amma qanun çərçivəsində. Küçələrdə və meydanlarda deyil, hüquqi münasibətlər yolu ilə. Konstitusiyadan başlayaq”.

Belarus prezidenti qeyd edib ki, ölkə sakinləri öz hüquqlarını, azadlıqlarını və vəzifələrini, habelə referendum zamanı dövlət orqanlarının səlahiyyətlərini təyin edəcəklər.

Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan bəri daimi olaraq Belarus prezidenti postunu tutur. İndi o, 2020-ci ildə başa çatacaq beşinci prezidentlik dövründədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri