Avq
2020
12:34
16
185
5994
Virtual karabakh

Corc Floydun saxlanılarkən polislər tərəfindən çəkilmiş görüntüləri yayıldı - VİDEO

ABŞ-ın Minneapolis şəhərində polislər tərəfindən saxlanılarkən vəfat edən Corc Floydun tutulma anının yeni görüntüləri yayılıb.

Yeni kadrları Böyük Britaniyanın “Daily Mail” agentliyi yayıb.

Video Tomas Leyn və Aleks Kuenqom adlı polis zabitləri tərəfindən çəkilib.

Görüntülərdə polisin C.Floydun başına tapança dirədiyi, onu yerə uzadaraq, qoluna qandal vurmağa çalışdığı əks olunub.

Bütün bu müddət ərzində C.Floyd qışqırır, ağlayır, ona atəş açmamağı xahiş edir, klaustrofobiyadan (qapalı yerlərdən qorxmaq) əziyyət çəkdiyindən şikayətlənir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri