Avq
2020
14:54
125
49
2850
Virtual karabakh

Çində 380 min nəfər təxliyyə edildi

4 Avq, 2020
14:54
2850

Çində 380 min nəfər təxliyyə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin şərqindəki əyalət və şəhərlərdən Haqupit qasırğası səbəbindən 381 375 nəfər təxliyyə edilib.

“Anadolu” agentliyi Çin Milli Meteoroloji Mərkəzinin verdiyi açıqlamaya əsasən xəbər verir ki, Haqupit qasırğası saatda 90 kilometr sürətlə əsən küləyə və leysan yağışlarına səbəb olub.

Buna görə insanlar Çıçianq bölgəsindəki təhlükəsiz yerlərə təxliyyə ediliblər. Bundan əlavə, qatar xidmətləri və tikinti işləri dayandırılıb. Balıqçı qayıqları sahilə çəkilib.

Qasırğanın gün ərzində Şanxayda leysan yağışlarına səbəb olacağı gözlənilir.

Ölkədə keçən ildən fərqli olaraq, daşqınların təsiri bu il qasırğa və leysan səbəbindən daha çox hiss olunur.

Çində iyun ayından bəri baş verən sel fəlakətlərində 141 nəfər həyatını itirib və ya itkin düşüb. Daşqınlar səbəbindən 24 əyalətdə iki milyon insan evini tərk etmək məcburiyyətində qalıb.

Daşqınların iqtisadiyyata yeddi milyard dollar ziyan vurduğu təxmin edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri