Avq
2020
05:59
17
252
2910
Virtual karabakh

Əfqanıstanda koronavirus xəbərdarlığı: 10 milyon insan virusa yoluxub

6 Avq, 2020
05:59
2910

Əfqanıstanda koronavirus xəbərdarlığı: 10 milyon insan virusa yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın Səhiyyə naziri Əhməd Cevad Osmani ölkədə 10 milyon insanın COVID-19-a yoluxduğunun təxmin edildiyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, Osmani mətbuat konfransında Cons Hopkins Universiteti və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə ölkə daxilində yeni araşdırma apardıqlarını deyib.

Nazir bildirib ki, tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxanların sayı ölkə əhalisinin 31,5 faizini təşkil edir. O, əksəriyyəti uşaq olmaqla Kabil əhalisinin yarıdan çoxunda bu xəstəliyin olmasının təxmin edildiyini vurğulayıb.

Kiçik şəhərlərlə müqayisədə böyük şəhərlərdə COVID-19-a yoluxmanın daha çox olduğunu bildirən Osmani ölkədə epidemiyanın nəzarətdən çıxdığını qeyd edib.

O, koronavirusun ikinci mümkün dalğası barədə əhaliyə xəbərdarlıq edib.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə bu günə qədər 1 288 adam koronavirusdan həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri