Avq
2020
16:33
48
181
4576
Virtual karabakh

“Palmali Shipping Agency” tərəfindən tərk edilmiş gəminin heyəti Livanda baş vermiş partlayışda həlak olacaqdı

5 Avq, 2020
16:33
4576

“Palmali Shipping Agency” tərəfindən tərk edilmiş gəminin heyəti Livanda baş vermiş partlayışda həlak olacaqdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Palmali Shipping Agency” tərəfindən tərk edilmiş “Kapitan Nağdəliyev” gəmisinin heyəti Livanda baş vermiş partlayışda həlak olacaqdı.

Livan təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, Beyrutda baş verən partlayış 2 750 ton selitrin saxlandığı anbarda qaynaq işləri aparılarkən baş verib.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) Novorossiyskdəki müfəttişi Olqa Ananina “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib ki, mineralların tərk edilmiş “Rhosus” tankerindən boşaldılması ehtimalı var:

“Mən partlayış barədə dərhal xəbər tutdum, belə ki, yaxınlıqda heyəti tərk edilmiş və hazırda bizim məşğul olduğumuz “Kapitan Nağdəliyev” gəmisi dayanır. Dənizçilər bizə sağ və salamat olduqları barədə mesaj göndərdilər. Partlayışın guya ki, “Rhosus”da yerləşən selitr səbəbindən baş verdiyi məlum oldu”.

“Rhosus” tankerinin yanında “Palmali Shipping Agency”ə məxsus “Kapitan Nağdəliyev” gəmisi də olub. Tərk edilmiş rusiyalı ekipaj üzvləri xəsarət almayıblar. Onlar tərk ediliblər və oradan çıxa bilmirlər. Eynilə “Rhosus” gəmisi kimi, taleyin ümidinə buraxılıblar”, - deyə, O.Anina qeyd edib.

Müfəttişin sözlərinə görə, onlar 2014-cü ildə “Rhosus”un işi ilə məşğul olublar.

Gəminin heyəti Rusiya və Ukrayna dənizçilərindən ibarət olub. Tanker Beyruta gəlib və xarab olduğu üçün orada qalmalı olub, bu hadisədən sonra gəmi sahibi yükü, gəmini və heyət üzvlərini atıb.

“Orada gəmi var idi. İndi onun taleyi haqqında məlumatım yoxdur. Burada məsələ yükün atılması deyil, gəmi sahibinin öz heyətini tərk etməsidir. Bunun səbəbi gəmi sahibinin yükalan qarşısında, ekipajı önündə öhdəliklərini yerinə yetirə bilməməsidir. Təəssüf ki, belə hallar olur.

Bu gəminin göyərtəsində olan dənizçilər acınacaqlı şəraitdə yaşayıblar. Onlar faktiki olaraq hamı - istər yükalanlar olsun, istər öz sahibləri, fərq etməz, hamı tərəfindən tərk ediliblər. Mən gəmi kapitanının Rusiya səfirliyi barədə etdiyi şikayət məktubunu əldə etmişəm. O, hətta Rusiya səfirliyinin də onlara kömək etmədiyindən şikayətlənir. Xatırladığım qədərilə onlar sadəcə geri qaytarıldı, maaşları isə ödənilmədi. Dənizçilər baş verən hadisələrdən təngə gəlmişdilər”, - deyə, O.Ananina bildirib.

O söyləyib ki, KİV-in iddia etdiyi kimi, “Rhosus” gəmisinin sahibi olan xabarovsklu iş adamı İqor Qreçuşkinlə danışa bilməyib.

“Belə başa düşürəm ki, sağ-salamatdır, gəmi isə onu maraqlandırmır. Bəlkə də, mən ona hansısa məktublar göndərmişəm. Sadəcə, məndə olan arxiv yalnız 2014-cü ilə qədərdir, bundan o tərəfə araşdıra bilmirəm. Mən, əsasən, kapitanla yazışmışam.

Kapitan döyüşkən ruhlu idi, ümumiyyətlə, sona qədər nə isə etməyə çalışırdı, lakin yaşlı insan idi. Bilmirəm, hazırda sağdır, ya yox. Hələ o vaxtlar onun 70-ə yaxın yaşı var idi. Gəmi sahibi ilə heç bir şəkildə əlaqə yaratmamışam. Təəssüf ki, belə hallar çoxdur ”, - deyə, O.Ananina danışıb.

O əlavə edib ki, "Palmali Shipping" gəmi şirkəti bütün dünyada öz gəmilərini tərk edib, göyərtədəki Azərbaycan və Rusiya ekipajları Türkiyədə, Süveyş kanalında, Beyrutda və İtaliyada qalıb.

Livanda tərk edilmiş “Kapitan Nağdəlıyev” gəmisinin rusiyalı dənizçiləri “Qovorit Moskva” radiostansiyasına Beyrutdakı partlayış barədə danışıblar. Onların sözlərinə görə, partlayışın gücündən gəminin içərisindəki qapılardan biri yerindən çıxıb.

Livanın “LBCI telekanalı” Livanın Müdafiə üzrə Ali Şuranın iclasının nəticələrinə istinadən xəbər verib ki, tonla selitir “Rhosus” gəmisindən 2014-cü ildə boşaldılıb.

Orada işləyən dənizçilər gəminin həqiqi sahibinin Xabarovskdan olan iş adamı İqor Qreçuşkin olduğunu iddia edirlər. O, hazırda Kiprdə yaşayır. Dənizçilər iddia edir ki, İ.Qreçuşkin “Rhosus” gəmisini atıb. Kreditorların hüquqşünasları gəminin həbsi üçün üç order alıblar.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş güclü partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, minlərlə insan yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri