Avq
2020
16:18
23
399
6815
Virtual karabakh

Bu gün Xirosimaya atom bombası atılmasından 75 il keçir - FOTO

6 Avq, 2020
16:18
6815

Bu gün Xirosimaya atom bombası atılmasından 75 il keçir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada və bütün dünyada Xirosima şəhərinə atom bombası atılmasının 75-ci ildönümündə faciənin qurbanlarını anırlar.

Oxu.Az xəbər verir ki, İkinci Dünya müharibəsinin sonlarında, 1945-ci ilin avqust ayının 6-da Xirosima şəhərinə atom bombası atılıb.

Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk nümunədir, İkinci Dünya müharibəsinin sonlarında Sakit okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib.

Nəticədə, 90-166 min arası insan həyatını itirib.

Yaponiyanın Naqasaki şəhərinə isə atom bombası avqustun 9-da atılıb. Bu zaman 60-80 min insan həlak olub.

Partlayışdan sonra beş il ərzində yaranan xərçəng xəstəliyindən və digər uzunmüddətli nəticələrdən ölənlərin sayı 200 mini keçib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri