Avq
2020
02:00
307
73
2279
Virtual karabakh

Fransada bankda beş nəfəri girov götürmüş silahlı şəxs saxlanılıb - YENİLƏNİB

7 Avq, 2020
02:00
2279

Fransada bankda beş nəfəri girov götürmüş silahlı şəxs saxlanılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Havr şəhərində bankda beş nəfəri girov götürmüş silahlı şəxs saxlanılıb.

Terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı polis bölmələri binada olan bütün bank işçilərini azad edib.

Qeyd edək ki, Fransanın “RTL” radiosu cinayətkarın bəzi tələblər irəli sürdüyü barədə xəbər verib. Belə ki, o, “İsrail həbsxanalarında qanunsuz olaraq həbs edilən fələstinli uşaqların sərbəst buraxılmasını” və 40 yaşdan kiçik fələstinlilərin Qüdsdəki Əl-Əqsa məscidinin qarşısındakı xüsusi mühafizə olunan əraziyə girişinin təmin olunmasını tələb edib.

O, ərazidən qaçmaq üçün bir motosiklet də tələb edib. 

22:08

Fransanın Havr şəhərində silahlı şəxs bankda beş nəfəri girov götürüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb.

Məlumata görə, silahlı bir neçə tələb irəli sürüb. Tələblərin təfərrüatları hələlik açıqlanmır.

Bank binası mühasirəyə alınıb, hadisə yerinə terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı polis bölmələri gəlib. Hazırda polis həmin şəxslə danışıqlar aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri