Avq
2020
17:12
113
66
3009
Virtual karabakh

Qərbi Avropada anomal hava təhlükəsi

7 Avq, 2020
17:12
3009

Qərbi Avropada anomal hava təhlükəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Avropanın bəzi ölkələri bu gündən fövqəladə isti hava ilə üzləşəcəklər.

“İnterfax” xəbər verir ki, Fransanın 40 bölgəsində təhlükə səviyyəsinin artacağı barədə xəbərdarlıq edilib. Temperaturun 42 dərəcədən yuxarı olacağı gözlənilir.

Bu gün Böyük Britaniyada ilin ən isti günü gözlənilir. Meteoroloqlar bugünkü havanın 2019-cu ilin iyul ayındakı 38,7 dərəcə olan rekordu qıracağını istisna etmirlər.

Belçikanın bəzi bölgələrində avqustun 9-da temperaturun avqust üçün orta səviyyədən 14 dərəcə qalxacağı bildirilir.

Niderlandda, xüsusən Amsterdamda, həftə sonlarında temperaturun 32 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

İsti hava səbəbindən bir çox vətəndaş sosial məsafə tədbirlərinə az əhəmiyyət verir. Xüsusilə bu problem çimərliklərdə yaranır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri