Avq
2020
02:30
187
51
5958
Virtual karabakh

10 il ərzində yalnız çips və çörək yeyən qız hipnozla sağaldı

9 Avq, 2020
02:30
5958

10 il ərzində yalnız çips və çörək yeyən qız hipnozla sağaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya sakini 10 il ərzində sadəcə çips və çörək yeyib. O, qida rasionundakı pozğunluğa görə bu cür “qayda”ya əməl etməyə məcbur olub. İstənilən digər yemək onda iyrənmə hissi və “panik atak”a səbəb olub.

Bu barədə “Comic Sands” məlumat yayıb.

İzzi Koul üç yaşından etibarən anasının hazırladığı yeməklərdən imtina edib. İllər keçdikcə problem ağırlaşıb və həkimlər heç nə edə bilməyib. Britaniyalı məktəbdə yaşıdları ilə birlikdə yeyə bilməyib.

“Bu, sosial planda mənə təsir etməyə başladı. Mən dostlarımın sayının çox olmasının vacib olduğu yaşda idim, ancaq hiss edirdim ki, onlarla eyni dalğada ola bilmirəm”, - deyə İ.Koul bildirib.

Sonda problem o həddə çatıb ki, qız çips və çörəkdən başqa heç nə yeyə bilməyib.

2015-ci ildə qızın anası təsadüfən hipnozla məşğul olan kliniki terapevtlə bağlı elanı görüb və ona müraciət etmək fikrinə düşüb. Ana və qızı dərhal terapevtin qəbuluna yollanıblar.

İki saatlıq hipnoz seansından sonra qız mütəxəssisin kabinetindən çıxıb və anasının gətirdiyi buterbrodu yeyib.

“Qorxu getdi, küçədə dayandım, ananas yedim və ağladım. Biz hamımız xoşbəxt idik”, - deyə İ.Koul bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri