10 
Avq
2020
01:25
256
142
8109
Virtual karabakh

Belarusda seçim sonrası gərginlik: Bir neçə şəhərdə etiraz aksiyaları keçirilir - VİDEO

10 Avq, 2020
01:25
8109

Belarusda seçim sonrası gərginlik: Bir neçə şəhərdə etiraz aksiyaları keçirilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb.

Bununla bağlı insanlar sosial şəbəkələrdə foto və videolar paylaşırlar.

Bir çox yerli “Telegram” kanallarının məlumatına görə, etirazlar ölkənin Mogilev, Brest, Vitebsk, Qrodno və Minsk şəhərlərində davam edir.

Paytaxt Minskdə sakinlər Qələbə prospektində toplaşmağa başlayıblar. Bu ətrafda avtomobillərin hərəkətinə maneçilik törədirlər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şahidlərin verdiyi məlumata görə, bir neçə aksiya iştirakçısı saxlanılıb.

Əraziyə toplaşan insanlar Xüsusi Təyinatlı Polis Dəstələrinin tələbi ilə dağılışsa da, yenidən bir yerə yığışırlar və fit çalaraq etirazlarını nümayiş etdirirlər, eyni zamanda “Yaşa, Belarus” mahnısını səsləndirirlər.

Artıq Qələbə prospektində vətəndaşlarla Xüsusi Təyinatlılar arasında toqquşmalar qeydə alınıb.

Şahidlərin sözlərinə görə, asayiş keşikçiləri aksiyanı dağıtmaq üçün dəyənək və bibər qazından istifadə edir. Bir neçə nəfərin yaralandığı haqqında məlumatlar var.

Həmçinin bildirilib ki, polislər toplaşanları qorxutma üçün səs qumbaralarından da istifadə edir.

Bakı vaxtı ilə saat 23:45-də Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polislər iğtişaşları dağıtmaq üçün tüstü bombalarından istifadə edib, ölən yoxdur.

Hadisə yerindən tez-tez tüstü bombalarının partlama səsi eşidilir.

Qeyd edək ki, ötən gün Belarusda baş tutmuş prezident seçkilərinin ekzitpoll nəticələrinə görə hazırkı prezident Aleksandr Lukaşenko 79.7% səslə yenidən ölkə başçısı seçilib.

Eyni zamanda onun seçkilərdəki əsas rəqibi Tixanovskaya özünün 80%-dən çox səs topladığını iddia edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri