10 
Avq
2020
10:53
12
327
13277
Virtual karabakh

Ata və qızı ağacdan asılı vəziyyətdə tapıldı - VİDEO

10 Avq, 2020
10:53
13277

Ata və qızı ağacdan asılı vəziyyətdə tapıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Hatay vilayətində fərqli rayonlarda bir kişinin və azyaşlı qızının ağacdan asılı vəziyyətdə meyitləri tapılıb.

Sondakika.com xəbər verir ki, Çingiz Karataş ayrı yaşadığı suriyalı arvadı Şvazen Zadedən olan yeddi yaşlı qızı Dilan Karataşı birgə vaxt keçirmək üçün özü ilə aparıb.

Onun dediyi saatda gəlməməsindən narahat olan qadın bu barədə polisə xəbər verib. Axtarış zamanı Ç.Karataşın və uşağın cəsədləri fərqli rayonlarda ağacdan kəndirdən asılmış halda tapılıb.

Faktla bağlı araşdırma başlayıb.

Ç.Karataşın həbsdən təzə çıxdığı bildirilir. İlkin versiya kimi onun əvvəl qızını, sonra isə özünü asdığı ehtimal edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri