10 
Avq
2020
14:37
173
46
3182
Virtual karabakh

Polşanın Baş naziri Belarusdakı hadisələrlə bağlı Avropa İttifaqına müraciət etdi

10 Avq, 2020
14:37
3182

Polşanın Baş naziri Belarusdakı hadisələrlə bağlı Avropa İttifaqına müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqının Şurası (Aİ) və Avropa Komissiyasının prezidentlərinə Belarusdakı vəziyyətlə əlaqədar Avropa İttifaqının fövqəladə sammitini çağırmaq barədə müraciət edib.

Bu barədə “Yevropeyskaya pravda” Moravetskinin ofisindən verilən açıqlamaya istinadla xəbər yayır.

“Polşa ən yaxın qonşuları üçün cavabdehlik daşıyır. Buna görə baş nazir Mateuş Moravetski Avropa İttifaqının prezidenti Çarlz Mişelə və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə Belarusdakı hadisələrlə əlaqədar Avropa İttifaqının fövqəladə zirvə toplantısını çağırmaq üçün məktub yazdı”, - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, “Biz belarusları və onların azadlıq cəhdini həmrəyliklə dəstəkləməliyik”.

Xatırladaq ki, gecə saatlarında Belarusun bəzi şəhərlərində prezident seçkilərinin nəticələrinə görə baş verən etirazlar hüquq-mühafizə orqanları tərəfindən yatırılıb. Nəticədə yüzlərlə insan saxlanılıb, onlarla şəxs yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri