12 
Avq
2020
11:31
22
250
3421
Virtual karabakh

Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü

12 Avq, 2020
11:31
3421

Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə Hatay vilayət valisinin köməkçisi və Afrin bölgəsinə nəzarət edən Tolqa Polat ailə üzvlərini öldürüb.

“Hürriyet” məlumat verir ki, o, anası İkbal Polatı və qardaşı Altuğ Polatı güllələyərək qətlə yetirib.

Məlum olub ki, onların arasında ailəyə məxsus torpağın bölüşdürülməsi ilə bağlı mübahisə yaranıb.

Cinayəti törədən şəxs tutulub. Hadisə zamanı vali köməkçisinin evdə olan atası Şərəf Polat şahid kimi polis idarəsinə aparılıb.

Qeyd edək ki, Tolqa Polat üç uşaq atasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri