13 
Avq
2020
04:00
215
68
2590
Virtual karabakh

Koronavirusa qarşı Rusiya peyvəndi yaxın iki həftə ərzində istifadəyə veriləcək

13 Avq, 2020
04:00
2590

Koronavirusa qarşı Rusiya peyvəndi yaxın iki həftə ərzində istifadəyə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada koronavirusa qarşı peyvənd iki həftə ərzində buraxılacaq.

“İnterfax” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko deyib.

Onun sözlərinə görə, peyvəndi ilk olaraq risk qrupundan olan insanlar qəbul edəcək:

“Bu gün keyfiyyətə nəzarət edilir. İki həftə ərzində dərman vasitəsinin ilk paketləri istehsal ediləcək və onlar (aşılama) risk qrupu həkimləri üçün təhvil veriləcək”.

Muraşko Rusiyada qeydə alınan koronavirusa qarşı peyvəndin təhlükəsiz olmadığı barədə iddiaları əsassız adlandırıb:

“Xarici həmkarlarımız yəqin ki, Rusiya dərmanının müəyyən rəqabət üstünlüklərini hiss edərək bəzi fikirləri ifadə etməyə çalışırlar. Bu da bizim fikrimizcə, tamamilə əsassızdır. Həqiqətən, bir çox ölkələr tədqiqat üçün müəyyən məcburi rejimlərdən istifadə etdilər, amma Rusiya peyvəndi artıq müəyyən klinik məlumatlara sahib mövcud bir həlldir”.

Qeyd edək ki, ABŞ-ın baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçi koronavirusa qarşı Rusiyada hazırlanmış peyvəndin təhlükəsizliyi ilə bağlı şübhələrinin olduğunu deyib. Eyni zamanda, ABŞ prezidentinin köməkçisi Kellian Konvey də Rusiya peyvəndini tənqid etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri