14 
Avq
2020
14:56
39
180
4326
Virtual karabakh

Rəsmilərin diqqəti Belarusdadır - VİDEO

14 Avq, 2020
14:56
4326

Rəsmilərin diqqəti Belarusdadır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 9-da Belarusda keçirilən prezident seçkiləri nəticəsində Aleksandr Lukaşenkonun altıncı dəfə qalib gəlməsi dinc və iğtişaş dolu etirazlara səbəb olub. Həm etirazçılar, həm də şəhərdə sakitlik yaratmağa çalışan güc strukturları arasında yaralananlar olub.

Baku TV xəbər verir ki, dünyanın diqqəti Şərqi Avropaya, məhz Belarusa yönəlib.

Bir çox dövlət rəsmiləri Minskdə baş verən nümayişlərdən narahatlıqlarını bildiriblər.  

Ötən gün Avropa parlamentinin prezidenti David Sassoli Belarus Prezidenti Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb. “Twitter” hesabında paylaşım edən Sassoli Belarus xalqının etiraz etmək hüququ olduğunu, dövlət orqanları tərəfindən güc tətbiq edilməsinin beynəlxalq hüquqa görə nəticələrinin də olacağını bildirib.

Hətta Fransa prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında olan telefon danışığında da Belarusda baş verən hadisələrə toxunulub.

ABŞ Dövlət katibi Mayk Pompeo Belarusda prezident seçkisinin azad və ədalətli keçirilmədiyini və ölkədə baş verənlərdən narahat olduğunu bildirib.

Pompeo qeyd edib ki, ABŞ Belarusda baş verənləri izləyir və etirazçılara qarşı tətbiq olunan zorakılıq barədə xəbərdarlıq edib. Pompeo ölkədə baş vermiş etiraz aksiyaları fonunda Belarusa qarşı sanksiya tətbiq olunmasını istisna etməyib.

Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak isə NATO-nu Belarusdakı vəziyyətə qarışmamağa çağırıb:

“Belarusda görülən işlər ilk növbədə qonşuluq dəstəyi məsələsidir, bu cür hərəkətlər Şimali Atlantika alyansı üçün uyğun deyil”.

Şimal qonşumuz isə Belarusdakı son hadisələri yaxından izləyir. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki,  Rusiya qardaş Belarus xalqına etibarlı müttəfiq və dost olaraq qalır.

“Biz görürük ki, ölkədə parçalanma yaratmaq və sabitliyi pozmaq üçün suveren bir dövlətin daxili işlərinə qarışmağa açıq cəhdlər edilir. Bu cür cəhdlər başqa ölkələrdə də baş verir”.

Məşhurlar da məsələ ilə bağlı müxtəlif fikirlər bölüşüblər. Bir etirazçı “Twitter”də İlon Mask və Bill Qeytsi işarələyərək, onları ölkədə baş verənlərə təsir göstərməyə çağırıb, Mask isə “Bu barədə eşitmək ağırdır. Kömək üçün nə edə bilərik?” deyə cavab verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri