18 
Sen
2020
05:20
13
198
4986
Virtual karabakh

İtə qarşı qəddarcasına davranan kişinin cavabı ətrafdakıları şoka saldı – VİDEO

18 Sen, 2020
05:20
4986

İtə qarşı qəddarcasına davranan kişinin cavabı ətrafdakıları şoka saldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobilinə bağladığı iti yolda sürüyərək aparan sürücünün özünü müdafiə üçün verdiyi cavabı hər kəsi heyrətə gətirib.

“HaberGlobal”ın məlumatına görə, kadrlar Türkiyənin İstanbul şəhərində qeydə alınıb.

Görüntülərdə hərəkətdə olan avtomobilə bağlı itin yerlə sürüdüldüyü görünür. Yolda olan digər sürücülər bu hadisəyə laqeyd qalmayıblar, siqnal verərək avtomobilə yaxınlaşıblar. Ancaq onların aldıqları cavab gördüklər mənzərədən daha heyrətedici olub.

“İti bağ evimə aparıram, maşında bir dənə də xəstə it var”, - deyə qəddar kişi bildirib.

Bununla belə sürücülər onu avtomobili saxlamağa məcbur ediblər. Sonra isə yerdə qan içində olan heyvana yardım edilib.

Kadrlar sosial şəbəkədə böyük narazılıqla qarşılanıb. Bir çoxları həmin sürücünün tapılaraq dərhal cəzalandırılmasını tələb ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri