18 
Sen
2020
05:49
12
98
2207
Virtual karabakh

Hakerlərin hücumu ölümə səbəb oldu

18 Sen, 2020
05:49
2207

Hakerlərin hücumu ölümə səbəb oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Düsseldorf şəhərində bir universitet klinikasına hücum xəstənin ölümü ilə nəticələnib.

N24 telekanalı xəbər verir ki, hakerlər klinikanın kompüter şəbəkələrinə hücum edərək külli miqdarda pul əldə ediblər.

Xəstəxananın kompüter sistemi çöküb. Bu zaman xəstələrdən birini təcili olaraq başqa bir xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb, qadın yolda ölüb.

Almaniya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, son vaxtlar hakerlər ticarət təşkilatlarına və sosial əhəmiyyətli obyektlərə daha çox hücum etməyə başlayıblar. Onlar kompüter şəbəkəsini pozmaqla hədələyərək pul tələb edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri